| Vergilər Nazirliyi Operativ Nəzarət İdarəsi
Rəis: Əmirəliyev İlham Əli oğlu,
Baş vergi xidməti müşaviri
Vergilər Nazirliyi Operativ Nəzarət İdarəsinin funksiyaları:
- Vergi orqanları tərəfindən operativ vergi nəzarətinin Vergi Məcəlləsinin tələblərinə tam riayət olunmaqla keçirilməsinə nəzarət etmək;
- Vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları toplamaq, təhlil etmək, qiymətləndirmək, bu halların baş vermə səbəblərinin və şəraitinin aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;
- Vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin qorunmasını təmin etmək;
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarəti tədbirlərini təşkil etmək və bu tədbirlərin icrasına nəzarət etmək;
- Vergi qanunvericiliyinə əməl olunmasını təmin edən tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi və digər dövlət vergi orqanlarında fəaliyyət göstərən müvafiq strukturların fəaliyyətinin koordinasiyasını təşkil etmək;
- Operativ vergi nəzarətinin keçirilməsinin metodologiyasını müəyyən etmək;
- Qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyiciləri haqqında məlumatın, o cümlədən vergi və kommersiya sirrinin qorunması qaydalarına riayət etmək və onu təmin etmək;
- Hüquqi və fiziki şəxslərin şikayətlərinə və müraciətlərinə vaxtında və obyektiv baxılmasını təmin etmək, vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin pozulmasını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün səlahiyyətləri daxilində tədbirlər görmək və zəruri hallarda Nazirliyin rəhbərliyinə təkliflər vermək;
- Operativ vergi nəzarəti tədbirlərinin sistemli şəkildə həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı mənbələrdən vergi ödəyicilərinin fəaliyyətini əks etdirən məlumatları toplamaq və sistemləşdirmək, bu məlumatları həmin vergi ödəyicilərinin iqtisadi göstəriciləri ilə müqayisə etməklə araşdırmaq və operativ vergi nəzarətinin səmərəliliyinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsini təşkil etmək;
- Vergi orqanları tərəfindən vergi ödəyicilərində aparılan operativ vergi nəzarəti tədbirlərinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə tədbirlər həyata keçirmək;
- Vergi orqanlarının müvafiq strukturlarında operativ vergi nəzarəti işlərinin təşkili vəziyyətini araşdırmaq və nəticəsindən asılı olaraq Vergilər Nazirliyinin kollegiya iclasına çıxarmaq üçün təkliflər vermək;
- Səlahiyyətinə aid edilmiş məsələlər üzrə vergi orqanlarına tövsiyələr vermək, operativ vergi nəzarəti üzrə işlərin təşkilində vergi orqanlarına əməli köməklik göstərmək, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və vergi orqanları arasında yayılması, kadrların peşə hazırlığı və ixtisaslarının artırılması üzrə tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Operativ vergi nəzarəti tədbirləri barədə vergi orqanları tərəfindən təqdim olunan məlumatları təhlil edərək ümumiləşdirmək və müvafiq hesabatlar tərtib etmək.
geriyə
|