| Vergilər Nazirliyi
yanında Xüsusi rejimli vergi xidməti Departamenti
Rəis: Məmmədxanov Sahir Polad oğlu,
III dərəcəli dövlət vergi xidməti müşaviri
Vergilər Nazirliyi
yanında Xüsusi rejimli vergi xidməti Departamentinin funksiyaları:
-İri vergi ödəyicilərinin, sair iri vergi ödəyicilərinin
və xüsusi vergi recimli müəssisələrin
uçotunu aparmaq;
-İri vergi ödəyicilərinin, sair
iri vergi ödəyicilərinin və xüsusi vergi
recimli müəssisələrin vergi bəyannamələrini,
haqq-hesablarını və mühasibat hesabatlarını,
o cümlədən dövlət rüsumlarına
dair hesabatları vaxtında verməsinə, onlar tərəfindən
vergilərin və digər daxilolmaların düzgün
hesablanmasına, dövlət büdcəsinə tam
və vaxtında köçürülməsinə
nəzərəti həyata keçirmək;
-Hesablanmış və daxil olmuş vergilərin
və digər ödənişlərin uçotunu
aparmaq və hesabatlarını tərtib etmək;
-Vergi qanunvericliyinin təkmilləşdirilməsi
ilə bağlı, habelə Vergilər Nazirliyinin
Kollegiyasında baxılmaq üçün Nazirliyin
rəhbərliyinə təkliflər vermək;
-Vergi qanunvericiliyində dəyişikliklər
edilməsi ilə əlaqədar layihələrin
işlənməsində iştirak etmək;
-İri vergi ödəyiciləri, sair iri
vergi ödəyiciləri və xüsusi vergi recimli
müəssisələr tərəfindən artıq
ödənilmiş vergi məbləğlərinin
əvəzləşdirilməsi və ya geri qaytarılması,
habelə iri vergi ödəyicilərindən, sair
iri vergi ödəyicilərindən və xüsusi
vergi recimli müəssisələrdən düzgün
tutulmamış vergi məbləğlərinin, maliyyə
sanksiyalarının, faizlərin və inzibati cərimələrin
geri qaytarılması üçün qanunvericiliklə
müəyyən edilmiş tədbirləri görmək;
-Malların (işlərin, xidmətlərin)
bazar qiymətləri barədə məlumatların
toplanmasını və Vergilər Nazirliyinə təqdim
edilməsini təmin etmək;
-Departamenti dövlət və qeyri-dövlət təşkilatlarında,
habelə məhkəmə orqanlarında təmsil
etmək;
-Vergi qanunvericiliyi ilə bağlı iri
vergi ödəyicilərinə, sair iri vergi ödəyicilərinə
və xüsusi vergi recimli müəssisələrə
əvəzsiz olaraq məlumatların, vergilərin
hesablanması və ödənilməsi barədə
izahatların verilməsini təmin etmək;
-Vergi sahəsində hüquq pozuntularını
doğuran səbəbləri araşdırmaq və
belə halların aradan qaldırılması üçün
öz səlahiyyətləri daxilində müvafiq
tədbirlər həyata keçirmək;
İri vergi ödəyicilərinin, sair iri
vergi ödəyicilərinin və xüsusi vergi recimli
müəssisələrin hüquqlarının və
qanuni mənafelərinin qorunmasını təmin
etmək;
-İri vergi ödəyicilərinin, sair
iri vergi ödəyicilərinin və xüsusi vergi
recimli müəssisələrin nümayəndələrinin
qəbulunu, onların təkliflərinə, ərizə
və şikayətlərinə baxılmasını
təşkil etmək;
-Departamentdaxili və iri vergi ödəyiciləri,
sair iri vergi ödəyiciləri və xüsusi vergi
recimli müəssisələr haqqında məlumatların,
o cümlədən vergi və kommersiya sirrinin qorunmasını
təmin etmək;
-Vergilər Nazirliyinin əmr, sərəncam
və tapşırıqlarını vaxtında icra
etmək və nəticələri barədə Nazirliyə
məlumat vermək;
-Vergi Məcəlləsi və Azərbaycan
Respublikasının digər qanunvericilik aktları
ilə vergi orqanlarının təyinatına uyğun
olaraq müəyyən edilmiş digər vəzifələri
yerinə yetirmək.
geriyə
|