| Vergilər Nazirliyi Daxili təhlükəsizlik idarəsi
Rəis vəzifəsinin səlahiyyətlərini icra edən: Vidadi Qoca oğlu Məmmədov
Baş vergi xidməti müşaviri
Vergilər Nazirliyi Daxili təhlükəsizlik idarəsinin funksiyaları:
-Nazirliyin struktur vahidlərinin və bölmələrinin vəzifəli şəxslərinin korrupsiya ilə əlaqədar qanunsuz hərəkətləri (hərəkətsizliyi) barədə daxil olan müraciətlər, təqdimatlar, vətəndaşların ərizə və şikayətləri üzrə xidməti təhqiqat aparılaraq müvafiq tədbirlərin görülməsi.
-Nazirliyin struktur vahidlərinin və bölmələrinin vəzifəli şəxsləri tərəfindən xidməti vəzifələrinin icrası zamanı hər hansı bir hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində maddi və sair nemətlər, imtiyazlar və güzəştlər tələb edilməsi, əldə edilməsi və yaxud bunların verilməsi ilə bağlı təklif və ya vədin qəbul edilməsi hallarının müəyyən edilməsi.
-Dövlət vergi orqanları vəzifəli şəxsləri tərəfindən xidməti vəzifələrinin icrası zamanı vergi ödəyicilərinin hüquq və mənafelərinin gözlənilməsinə nəzarətin həyata keçirilməsi.
-Dövlət vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən Vergi Məcəlləsinin, «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»nin, «Vergi orqanlarının nümunəvi daxili intizam qaydalarının», Vergilər Nazirliyinin digər normativ sənədlərinin tələblərinin pozulmasını doğuran səbəb və şəraitin aradan qaldırılması, eləcə də əməkdaşların müvafiq məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsi.
geriyə |