Vergilər Nazirliyi Maliyyə-təsərrüfat idarəsi

Rəis: Seyfullayev Qüdrət Vəkil oğlu,
Baş vergi xidməti müşaviri

Vergilər Nazirliyi Maliyyə-təsərrüfat idarəsinin funksiyaları:

- Nazirliyin mərkəzi aparatının və vergi orqanları aparatının saxlanılmasına fərdi və icmal smeta xərclərinin layihəsinin tərtib edir, həmin layihələrin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunmasını və baxılarkən müdafiəsini tə'min edir.

- Ştat vahidlərinin planlaşdırılması və vergi orqanları üzrə bölgüsünə dair təkliflər hazırlayır, nazirliyin mərkəzi aparatının, vergi orqanlarının ştat cədvəllərini və onların saxlanılmasına dair xərc smetalarını ştat cədvəllərinə müvafiq təsdiq olunmasını tə'min edir.

- Büdcədənkənar fonda daxil olmuş vəsaitlərin müəyyən olunmuş qaydada maddi həvəsləndirmə və inkişaf fondu üzrə və habelə vergi  orqanlarının şəxsi hesabları üzrə uçotunun aparılmasını tə'min edir,

- Mərkəzləşdirilmiş qaydada maliyyələşdirilməsi aparılan məsələlər üzrə vergi orqanlarından daxil olmuş yazışmalara baxır və onların müəyyən edilmiş qaydada həll edilməsini tə'min edir.

 

geriyə