Vergilər
Nazirliyinin Aparatı
Rəhbər: Cahangirov Asif Әbülfət oğlu
Baş vergi xidməti müşaviri
Vergilər Nazirliyi Aparatının funksiyaları:
- Nazirliyin Mərkəzi aparatının və
yerli orqanların müvafiq strukturlarının fəaliyyətini
əlaqələndirir, onların təkmilləşdirilməsi
və fəaliyyətlərinin səmərəliliyinin
artırılması məqsədilə nazirə
təkliflər verir.
- Nazirliyin ictimaiyyətlə və KİV-lə
əlaqələr sahəsində strateji tədbirlər
planını hazırlayır və onu həyata keçirir.
- Nazirliyin kargüzarlıq və arxiv işi
sisteminin təşkili, fəaliyyəti və nəzarət
edilməsi sahəsində işləri idarə edir
(o cümlədən, bu sistemlərin elektron variantlarının
istifadə edilməsi ilə), eləcə də Nazirliyin
Mərkəzi aparatında və onun yerli orqanlarında
bu fəaliyyətə metodoloji rəhbərlik edir.
- Vətəndaşların qəbulunu təşkil
edir.
- Nazir tərəfindən təcili, xüsusi
əhəmiyyətli sənədlər, o cümlədən,
vətəndaşların təklif, ərizə,
şikayət və bilavasitə müraciətlərinə
dair verilmiş tapşırıqların icrasına
nəzarət edir.
- Nazirliyin daxilində sənədlərin
tez və vaxtında dövr etməsini təmin etmək
məqsədi ilə Nazirliyin struktur bölmələrinin
işinə cari nəzarəti həyata keçirir.
- Vergilər Nazirliyində keçirilən müşavirələrdə, iclaslarda, görüşlərdə, qəbullarda protokol xidmətini və vergilər nazirinin rəsmi səfərlərinə hazırlıq işlərinin görülməsini təmin etmək.
geriyə
|