Azәrbaycan Respublikası Vergilәr Nazirliyinin yaradılması haqqında Azәrbaycan Respublikası Prezidentinin
Fәrmanı


Azәrbaycan Respublikasında iqtisadiyyatın idarәetmә strukturunu tәkmillәşdirmәk, dövlәt maliyyә intizamını güclәndirmәk, dövlәt büdcәsinә daxilolmaların yığılmasının sәmәrәliliyini daha da artırmaq mәqsәdi ilә vә Azәrbaycan Respublikası Konstitusiyasının 109-cu maddәsinin 7-ci bәndini rәhbәr tutaraq qәrara alıram:

1 Azәrbaycan Respublikasının Baş Dövlәt Vergi Müfәttişliyi lәğv edilsin vә onun bazasında Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi yaradılsın.

2. Müәyyәn edilsin ki, Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi Azәrbaycan Respublikasında dövlәt vergi siyasәtinin hәyata keçirilmәsini, dövlәt büdcәsinә vergilәrin vә digәr daxilolmaların vaxtında vә tam yığılmasını tә`min edәn vә bu sahәdә dövlәt nәzarәtini hәyata keçirәn mәrkәzi icra hakimiyyәti orqanıdır.

3. Azәrbaycan Respublikasının Nazirlәr Kabineti 15 gün müddәtindә: Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi haqqında әsasnamәni hazırlayıb tәsdiq olunmaq üçün Azәrbaycan Respublikasının Prezidentinә tәqdim etsin;

Azәrbaycan Respublikası Vergilәr Nazirliyinin xәrclәr smetasını tәsdiq etsin; bu fәrmandan irәli gәlәn digәr mәsәlәlәri hәll etsin.

4. Bu fәrman imzalandığı gündәn qüvvәyә minir.

Azәrbaycan Respublikasının Prezidenti
Heydәr ƏLİYEV


Bakı şәhәri, 11 fevral 2000-ci il.
N 281