| Vergilәr
Naziri
II dərəcəli dövlət vergi xidməti müşaviri
Fazil Әsәd oğlu Mәmmәdov
1964-cü ildә Şamaxı rayonunda anadan
olub.
1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan
Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit
fakültәsini bitirib.
1987-89-cu illәrdә Gәncәdә
Sәnaye-Tikinti Bankında iqtisadçı, kassa
müdiri vә Bakı Sәnaye- Tikinti Bankının
Әmәliyyat İdarәsindә iqtisadçı
vәzifәlәrindә çalışıb.
1989-cu ildәn 1993-cü ilә qәdәr
Maliyyә-Kredit texnikumunda müәllim, kafedra müdiri
işlәyib.
1993-cü ildә "Ünsal" Kommersiya Bankı İdarә
Heyәtinin sәdri seçilib.
1994-cü ildә Aqrar Sәnaye Bankının
Şәmkir şö'bәsinin müdiri tәyin
olunub.
1995-1999-cu illәrdә Dövlәt Gömrük
Komitәsinin Maliyyә-Tarif vә Valyuta Nәzarәti
Baş İdarәsi rәisinin müavini vә
rәisi, hәmin sahә üzrә Gömrük
Komitәsi sәdrinin müavini vәzifәsindә
çalışıb.
1999-cu il iyun ayının 20-dә Azәrbaycan
Respublikası Prezidentinin fәrmanı ilә Baş
Dövlәt Vergi Müfәttişliyinin rәisi
tәyin edilib.
2000-ci il fevral ayının 11-dә Azәrbaycan
Respublikası Prezidentinin fәrmanı ilә Azәrbaycan
Respublikasının Vergilәr Naziri tәyin edilib.
Ailәlidir, iki övladı var.
F.Ә.Mәmmәdovun
Azәrbaycan Respublikasının vergilәr naziri tәyin
edilmәsi haqqında Azәrbaycan Respublikası Prezidentinin
06 noyabr 2003-cü il tarixli Fәrmanı
F.Ә.Mәmmәdova
II dәrәcәli dövlәt vergi xidmәti
müşaviri rütbәsinin verilmәsi haqqında
Azәrbaycan Respublikası Prezidentinin 17 fevral 2002-ci
il tarixli Fәrmanı
geriyə |