Mahir Əhmədağa oğlu Rəfiyev , vergilər nazirinin müşaviri
Baş vergi xidməti müşaviri

1963-cü il mart ayının 8-də Neftçala rayonunda doğulub.

31.08.1981-21.06.1985-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır (iqtisadçı).

01.08.1985-06.11.1985-ci illərdə Neftçala rayonu Maliyyə şöbəsində müfəttiş kimi çalışmışdır.

11.1985-08.1987-ci illərdə orduda həqiqi xidmətdə olub (Almaniya Demokratik Respublikasında).

03.08.1987-24.08.1987-ci illərdə Neftçala rayonu Maliyyə şöbəsinin dövlət gəlirləri üzrə müfəttişi, 24.08.1987-25.09.1988-ci illərdə isə həmin şöbənin büdcə müfəttişliyinin rəisi vəzifələrində çalışmışdır.

21.12.1988-27.11.1992-ci illərdə Neftçala rayonu "Azərittifaq"ın İdarə Heyətinin sədri kimi çalışıb.

27.11.1992-01.10.1994-cü illərdə Neftçala rayonu İcra Hakimiyyətinin Sosial-iqtisadı İnkişaf şöbəsində iqtisadçı kimi çalışıb.

01.10.1994-23.08.1999-cu illərdə Bakı şəhəri, "Atabank" KB Beynəlxalq Kredit Hesablaşma və Valyuta Əməliyyatı şöbəsinin müdiri vəzifəsində işləmişdir.

23.08.1999-11.11.2002-ci illərdə "Atabank" KB İdarə Heyətinin sədri.

11.11.2002-15.05.2006-cı illərdə "Atabank" ASC-nin müşahidə Şurasının üzvü.

31.05.2006-12.05.2008-ci illərdə Azərbaycan Respublikası vergilər nazirinin müşaviri.

12.05.2008-12.12.2008 - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq Münasibətlər idarəsinin rəis müavini.

12.12.2008-ci il tarixdən Azərbaycan Respublikası vergilər nazirinin müşaviri vəzifəsində işləyir.

Evlidir. Üç övladı var.

geriyə