Asəf Əli oğlu Əsədov, vergilər nazirinin müşaviri
Baş vergi xidməti müşaviri

1951-ci ilin dekabr ayının 14-də Bakı şəhərində doğulub.
1974-cü ildə Bakı Dövlət Universitetinin Fizika fakultəsini bitirib.
1974-cü il dekabr ayında SSRİ Elmlər Akademiyasının nəzdində Məqsədli Əyani Aspiranturasına daxil olub.
1978-ci ilin yanvar ayına qədər «Fotosintez» Elmi-tədqiqat  institutunda elmi namizədlik işi üzərində işləyib.
1979-cu ilin dekabr ayında SSRİ-nin Minsk şəhərində elmi işini müvəfəqiyyətlə müdafiə edib, elmlər namizədi adını alıb.
1992-ci ildə keçirilmə yolu ilə AR-sı  Prezidentinin Aparatına, Aqrar-sənaye kompleksi sahələri şöbəsinə aparıcı mütəxəssis təyin edilib.
1992-ci il oktyabr ayı ingilis dilli Azərbaycan Universitetinə (Xəzər Universiteti) şöbə müdiri vəzifəsinə işə qəbul edilib.
1993-cü il tarixdən prorektor vəzifəsində işləyib.
1994-cü il yanvar ayından Elmi işlər üzrə prorektor vəzifəsindən azad edilib, Tibbi və Bioloji fizika Departamentinin direktoru vəzifəsinə təyin edilib.
1995-ci il fevral ayından AR-sı Kənd Təsərrüfatı Nazirliyinə Nazirin müşaviri vəzifəsinə işə qəbul edilib. 
1997-ci il avqust ayında «United Credit Bank» (keçmiş  "Rossiyskiy Kredit") BKB-na Müşavir vəzifəsinə işə qəbul edilib.
1998-ci il iyul ayında İdarə Heyəti sədrinin müavini vəzifəsinə keçirilib.
2003-cü ildən Azərbaycan Respublikası Vergilər nazirinin müşaviri vəzifəsində işləyir.

Əsas funksiyaları

1.     Vergilər Nazirliyinin beynəlxalq maliyyə qurumları, kredit təşkilatları və xarici ölkələrin vergi orqanları ilə münasibətlərinin və işgüzar əlaqələrinin yüksək səviyyədə təşkil olunması və daim inkişaf etdirilməsi.

2.     Beynəlxalq təcrübəyə əsaslanaraq, Nazirliyin fəaliyyətini təkmilləşdirmək məqsədilə Nazirliyin idarəetmə sisteminin və imicinin gücləndirilməsi barədə təkliflərin hazırlanması və bu sahədə həyata keçirilən tədbirlərin monitorinqinin aparılması.

3.     Respublika iqtisadiyyatının möhkəmləndirilməsi, inkişafı və ümumdünya iqtisadiyyatına mərhələli inteqrasiya zərurətini nəzərə almaqla vergi siyasətində və vergi orqanlarının fəaliyyətində yeniləşdirilmə üzrə daimi iqtisadi təhlilin aparılması və təkliflərin hazırlanması.

4.     Beynəlxalq maliyyə qurumlarının tövsiyyələrinin həyata keçirilməsi məsələlərində Nazirliyin struktur bölmələrinin fəaliyyətinin əlaqələndirilməsi, beynəlxalq maliyyə qurumlarının xətti ilə texniki yardım göstərilməsinin zəruriliyi və real imkanları haqqında təkliflərin hazırlanması.

5.     Aidiyyəti tədbirlərin həyata keçirilməsində Nazirliyin Mərkəzi aparatı və digər struktur bölmələrinin işinin əlaqələndirilməsi.

6.     Nazirin əmr, göstərişlərinin və xüsusi tapşırıqlarının yerinə yetirilməsi.

geriyə