Əliyev Namiq Tofiq oğlu
III dərəcəli dövlət vergi xidməti müşaviri

Aşağıdakı strukturların fəaliyyətinə nəzarəti həyata keçirir:

- Vergi Ödəyicilərinin Auditi baş idarəsi

- Hüquqi Təminat Şöbəsi;

- Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti

30 mart 1960-cı ildə Gəncə şəhərində anadan olub, 1983-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquqi psixologiya fakultəsini bitirdikdən sonra 1 il Azərbaycan Respublikası Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb. 1984-1986-cı illərdə SSRİ Prokurorluğun Elmi-tədqiqat institunda təcrübə keçmiş və 1990-cı ildə həmin institutun aspiranturasını bitirərək hüquq elmləri namizədi dərəcəsinə yiyələnmişdir. 1991-2004-cü illər ərzində Respublika Prokurorluğunda Azərbaycan Respublikası Prokurorunun köməkçisi, Kadr idarəsinin prokuroru, Polis orqanlarında qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Vətəndaşların ərizə, şikayətlərinə baxılması və qəbulu idarəsinin rəis müavini, Ədliyyə, milli təhlükəsizlik, gömrük, vergi və sərhəd qoşunları orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2004-cü il tarixli Sərəncamı ilə vergilər nazirinin müavini təyin edilmişdir. III dərəcəli dövlət vergi xidməti müşaviridir.
Azərbaycan Respublikası Otüstü xokkey federasiyasının vitse-prezidentidir.
Ailəlidir. 2 övladı var.

_____________________________________________________

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.T.Əliyevin Azərbaycan Respublikası vergilər nazirinin müavini təyin edilməsi haqqında

Namiq Tofiq oğlü Əliyev Azərbaycan Respublikası vergilər nazirinin müavini təyin edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 fevral 2004-cü il

№ 89

geriyə