Qasımov Natiq Әbülfәs oğlu
III dərəcəli dövlət vergi xidməti müşaviri

Aşağıdakı strukturların fәaliyyәtinә nәzarәti hәyata keçirir:

- Beynəlxalq Münasibətlər İdarəsi;

- Maliyyә-tәsәrrüfat idarәsi


19 mart 1960-cı ildә Bakı şәhәrindә anadan olub, 1982-ci ildә S.Ağamalıoğlu adına Azәrbaycan Kәnd Tәsәrrüfatı İnstitutunun İqtisadiyyat fakültəsini, 1992-ci ildә Bakı Sosial İdarәetmә vә Politologiya İnstitutunu bitirmişdir. İqtisad elmlәr doktoru, professor, Beynəlxalq Menecment Akademiyasının akademikidir.
Azәrbaycan ETKT İqtisadiyyatı vә Tәşkili İnstitutunda, Azәrbaycan Respublikası ıqtisadçılar Cәmiyyәti- s әdr müavini, Azәrbaycan İqtisadçılar İttifaqının vitse-prezidenti, Azәrbaycan Respublikası Yeyinti Sәnayesinin Elmi-Tәdqiqat İnstitutunun direktoru, Azәrbaycan Respublikası Maliyyә Nazirliyindә baş idarә rәisinin müavini, Azәrbaycan Dövlәt İqtisad Universitetindә dosent, professor, Әmәk vә Sosial Problemlәr üzrә Elmi-Tәdqiqat vә Tәdris Mәrkәzindә direktor vәzifәlәrindә çalışmısdır. Vergilәr Nazirinin müavini tәyin edilәnәdәk nazrliyin Baş idarә rәisinin birinci müavini vәzifәsindә çalışmışdır.
150 elmi əsərin, o cümlədən 14 monoqrafiyanın müəllifidir. İngilis və rus dillərini mükəmməl bilir.
Ailәlidir, 2 övladı var.

_______________________________________________

N.Ә.Qasımovun Azәrbaycan Respublikası vergilәr nazirinin müavini tәyin edilmәsi haqqında» Azәrbaycan Respublikası Prezilentinin 17 yanvar 2002-ci il tarixli

Sәrәncamı

Natiq Әbülfәs oğlu Qasımov Azәrbaycan Respublikası vergilәr nazirinin müavini tәyin edilsin.

Heydәr Әliyev
Azәrbaycan Respublikasının Prezidenti
Bakı şәhәri, 17 yanvar 2002-ci il

geriyə