«Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilmәsi haqqında

Azәrbaycan Respublikası Prezidentinin Fәrmanı

««Dövlәt vergi orqanlarında xidmәt haqqında» Əsasnamәnin tәsdiq edilmәsi bardәdә» Azәrbaycan Respublikası Qanununun qüvvәyә minmәsi ilә әlaqәdar hәmin qanunu tәtbiq etmәk mәqsәdi ilә qәrara alıram:

1. Azәrbaycan Respublikasının Nazirlәr Kabineti iki ay müddәtindә:
- qüvvәdә olan qanunvericilik aktlarının «Dövlәt vergi orqanlarında xidmәt haqqında» Əsasnamәyә uyğunlaşdırılması barәdә tәkliflәrini Azәrbaycan Respublikasının prezidentinә tәqdim etsin;
- Nazirlәr Kabinetinin vә müvafiq icra hakimiyyәti orqanlarının normativ-hüquqi aktlarının hәmin Əsasnamәyә uyğunlaşdırılmasını tәmin etsin vә bu barәdә Azәrbaycan Respublikasının prezidentinә mәlumat versin;
- hәmin Əsasnamәnin 5-ci maddәsindә nәzәrdә tutulmuş geyim formasının vә fәrqlәnmә nişanlarının tәchizat normasını vә istifadә müddәtlәrini müәyyәn etsin vә bu barәdә Azәrbaycan Respublikasının prezidentinә mәlumat versin;
- hәmin Əsasnamәnin 14-cü maddәsindә nәzәrdә tutulmuş Azәrbaycan Respublikasının Vergilәr Nazirliyinin Tәdris Mәrkәzinin yaradılmasını, maliyyәlәşdirilmәsini, tәyinatına uyğun bina, müasir avadanlıq vә digәr zәruri tәşkilati-texniki vasitәlәrlә tәchiz olunmasını tәmin etsin, onun Əsasnamәsini vә strukturunu tәsdiq etsin vә bu barәdә Azәrbaycan Respublikasının prezidentinә mәlumat versin;
- hәmin Əsasnamәnin 33-cü maddәsinin birinci hissәsinin axırıncı abzasında fiziki qüvvә, xüsusi vasitәlәr vә xidmәti silah tәtbiq etmәk hüququ olan Azәrbaycan Respublikası Vergilәr Nazirliyinin vәzifәli şәxslәrinin siyahısını hazırlayıb Azәrbaycan Respublikasının prezidentinә tәqdim etsin;
- hәmin Əsasnamәnin 33-cü maddәsinin ikinci hissәsindә nәzәrdә tutulmuş vergi orqanlarında istifadә olunan xüsusi vasitәlәr, xidmәti silah vә onlar üçün sursatın siyahısını müәyyәn etsin vә bu barәdә Azәrbaycan Respublikasının prezidentinә mәlumat versin;
- Öz sәlahiyyәtlәri daxilindә hәmin әsasnamәdәn irәli gәlәn digәr mәsәlәlәri hәll etsin.

2. Müәyyәn edilsin ki, «Dövlәt vergi orqanlarında xidmәt haqqında» Əsasnamәnin 16-cı maddәsinin ikinci hissәsindә, 17-ci maddәsinin әvvәlindә, 33-cü maddәsinin birinci hissәsinin axırıncı abzasında vә 78-ci maddәsindә nәzәrdә tutulmuş vergi orqanlarının vәzifәli şәxslәrinә Azәrbaycan Respublikası Vergilәr Nazirliyi yanında Vergi cinayәtlәrinin İbtidai Araşdırılması Departamentinin vәzifәli şәxslәri aiddir.

3. Müәyyәn edilsin ki:
- «Dövlәt vergi orqanlarında xidmәt haqqında» Əsasnamәnin 5-ci maddәsindә (geyim formasının vә fәrqlәnmә nişanlarının nümunәsinin müәyyәnlәşdirilmәsinә dair), 16-cı maddәsinin ikinci hissәsindә, 17-ci maddәsinin әvvәlindә, 1-cü maddәsinin birinci cümlәsindә, 20-ci maddәsindә, 30-cu maddәsindә, 33-cü maddәsinin birinci hissәsinin axırıncı abzasında  vә 78-ci maddәsindә nәzәrdә tutulmuş «müvafiq icra hakimiyyәti orqanı»nın sәlahiyyәtlәrini Azәrbaycan Respublikasının prezidenti hәyata keçirir;
- hәmin Əsasnamәnin 5-ci maddәsindә (geyim formasının vә fәrqlәnmә nişanlarının tәchizat normasını vә istifadә müddәtlәrinin müәyyәnlәşdirilmәsinә dair), 6-cı vә 33-cü maddәsinin ikinci hissәsindә nәzәrdә tutulmuş «müvafiq icra hakimiyyәti orqanı»nın sәlahiyyәtlәrini Azәrbaycan Respublikasının Nazirlәr Kabineti hәyata keçirir;
- hәmin Əsasnamәnin 8-ci maddәsinin ikinci hissәsindә, 14-cü maddәsindә, 19-cu maddәsinin ikinci cümlәsindә, 31-ci maddәsindә, 38-ci maddәsindә, 43-cü maddәsindә, 44-cı maddәsindә, 45-ci maddәsinin 3-cü bәndindә, 52-ci maddәsindә, 53-cü maddәsinin birinci vә ikinci hissәlәrindә, 55-ci maddәsindә, 57-ci maddәsindә, 71-ci maddәsindә, 75-ci maddәsinin ikinci hissәsindә, 76-cı maddәsindә, 79-cu maddәsindә, 80-cı maddәsinin birinci hissәsindә vә 82-ci maddәsindә nәzәrdә tutulmuş  «müvafiq icra hakimiyyәti orqanı»nın sәlahiyyәtlәrini Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi hәyata keçirir;
- hәmin Əsasnamәnin 17-ci maddәsindә «mәhkәmә vә» sözlәrindәn sonra «müvafiq icra hakimiyyәti orqanları» dedikdә Azәrbaycan Respublikasının Daxili İşlәr Nazirliyi, Azәrbaycan Respublikasının Milli Tәhlükәsizlik Nazirliyi, Azәrbaycan Respublikasının Müdafiә Nazirliyi vә Azәrbaycan Respublikasının Dövlәt Gömrük Komitәsi başa düşülür.

4. «Dövlәt vergi orqanlarında xidmәt haqqında» Əsasnamәnin 20-ci maddәsinә әsasәn vergi orqanlarının vәzifәli şәxslәrinin mövcud fәrdi rütbәlәri hәmin Əsasnamә ilә nәzәrdә tutulmuş xüsusi rütbәlәrә aşağıdakı qaydada bәrabәr tutulsun:

Ali dövlәt vergi xidmәti müşaviri  Azәrbaycan Respublikasının hәqiqi dövlәt vergi xidmәti müşaviri
1-ci dәrәcәli baş dövlәt vergi xidmәti müşaviri 1-ci dәrәcәli dövlәt vergi xidmәti müşaviri
2-ci dәrәcәli baş dövlәt vergi xidmәti müşaviri 2-ci dәrәcәli dövlәt vergi xidmәti müşaviri

3-cü dәrәcәli baş dövlәt vergi xidmәti müşaviri 

3-cü dәrәcәli dövlәt vergi xidmәti müşaviri (3-cü dәrәcәli dövlәt әdliyyә müşaviri)
1-ci dәrәcәli böyük dövlәt vergi xidmәti müşaviri baş vergi xidmәti müşaviri (baş әdliyyә müşaviri)
2-ci dәrәcәli böyük dövlәt vergi xidmәti müşaviri vergi xidmәti müşaviri (әdliyyә müşaviri)
3-cü dәrәcәli böyük dövlәt vergi xidmәti müşaviri kiçik vergi xidmәti müşaviri (kiçik әdliyyә müşaviri)
1-ci dәrәcәli dövlәt vergi xidmәti müşaviri  1-ci dәrәcәli müfәttiş (1-ci dәrәcәli hüquqşünas)
2-ci dәrәcәli dövlәt vergi xidmәti müşaviri   2-ci dәrәcәli müfәttiş  (2-ci dәrәcәli hüquqşünas)
3-cü dәrәcәli dövlәt vergi xidmәti müşaviri 3-cü dәrәcәli müfәttiş (3-cü dәrәcәli hüquqşünas)

5. «Dövlәt vergi orqanlarında xidmәt haqqında» Əsasnamәnin 30-cu maddәsinә әsasәn vergi orqanlarının ali rәis heyәti üçün nәzәrdә tutulan vәzifәlәrin vә bu vәzifәlәrә uyğun xüsusi rütbәlәrin siyahısı tәsdiq edilsin (әlavә olunur).

6. «Azәrbaycan Respublikası dövlәt vergi orqanlarının tanınma nişanı, vәzifәli şәxslәrin qeyim forması vә fәrqlәndirmә nişanları haqqında» Əsasnamә tәsdiq edilsin (әlavә olunur).


Heydәr Әliyev
Azәrbaycan Respublikasının Prezidenti

Bakı şәhәri , 19 iyul 2001-ci il         

Әlavә 1

Azәrbaycan Respublikasının Prezidentinin 2001-ci il 19 iyul tarixli fәrmanı ilә tәsdiq edilmişdir

Azәrbaycan Respublikasının vergi xidmәti orqanlarının ali rәis heyәti üçün nәzәrdә tutulan vәzifәlәr vә bu vәzifәlәrә uyğun xüsusi rütbәlәrin siyahısı

Vәzifәnin adı  Xüsusi rütbәnin adı  Vәzifәlәrin sayı
Azәrbaycan Respublikası Vergilәr Nazirliyinin  mәrkәzi aparatı
Azәrbaycan Respublikasının vergilәr naziri Azәrbaycan Respublikasının hәqiqi dövlәt vergi xidmәti müşaviri 1
Azәrbaycan Respublikası vergilәr nazirinin birinci müavini 1-ci dәrәcәli dövlәt vergi xidmәti müşaviri 1
Azәrbaycan Respublikası vergilәr nazirinin müavini 2-ci dәrәcәli dövlәt vergi xidmәti müşaviri 3
Azәrbaycan Respublikası vergilәr nazirinin müşaviri 3-cü dәrәcәli dövlәt vergi xidmәti müşaviri 2
Azәrbaycan Respublikası Vergilәr Nazirliyinin mәrkәzi aparatının baş idarә rәisi 3-cü dәrәcәli dövlәt vergi xidmәti müşaviri 4
Vergilәr Nazirliyinin sisteminә daxil olan vergi orqanları vә tәşkilatları
Naxçıvan MR-in vergilәr naziri 2-ci dәrәcәli dövlәt vergi xidmәti müşaviri 1
Vergilәr Nazirliyi yanında Vergi cinayәtlәrinin İbtidai Araşdırılması Departamentinin rәisi 3-cü dәrәcәli dövlәt әdliyyә müşaviri 1
Bakı şәhәri üzrә Baş Vergilәr İdarәsinin rәisi 3-cü dәrәcәli dövlәt vergi xidmәti müşaviri 1
Tәdris mәrkәzinin rәisi 3-cü dәrәcәli dövlәt vergi xidmәti müşaviri 1