Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

«Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 10-cu maddəsinin doqquzuncu hissəsində nəzərdə tutulmuş torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikası Prezidentinin təsdiqinə təqdim etsin;

Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

öz səlahiyyətləri daxilində Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin doqquzuncu hissəsində, 10-1.1-ci maddəsinin birinci cümləsində, 10-1.2.4-cü, 10-1.3-cü, 10-1.3.2-ci, 10-1.4-cü maddəsinin birinci cümləsində, 10-1.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 10-1.6-cı (hər iki halda) və 10-1.7-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [1]

həmin Qanunun 14-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı nın səlahiyyətlərini ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər hallarda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirirlər;[2]

həmin Qanunun 12-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı nın səlahiyyətlərini özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinə dair icarə müqavilələrinə münasibətdə - Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, digər torpaq icarəsi müqavilələrinə münasibətdə - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyata keçirir;[3]

həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanları nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir.[4]

həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;[5]

həmin Qanunun 10-1.2.4-cü maddəsində orqan (qurum) dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; [6]

həmin Qanunun 10-1.3.2-ci maddəsində, 10-1.5-ci maddəsinin birinci və ikinci cümlələrində və 10-1.6-cı (birinci halda) maddələrində orqan (qurum) dedikdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi nəzərdə tutulur;

həmin Qanunun 10-1.1-ci maddəsinin birinci cümləsində, 10-1.3-cü maddəsində, 10-1.4-cü maddəsinin birinci cümləsində, 10-1.6-cı (ikinci halda) və 10-1.7-ci maddələrində orqan (qurum) dedikdə rayon (şəhər) icra hakimiyyəti orqanları nəzərdə tutulur.

3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 12 mart 1999-cu il
116

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 10, maddə 640)

2. 21 dekabr 2001-ci il tarixli 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 755)

3. 23 oktyabr 2003-cü il tarixli 972 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 577)

4. 23 noyabr 2005-ci il tarixli 321 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 11, maddə 1016)

5. 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 7, maddə 590)

6. 23 noyabr 2007-ci il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 11, maddə 1110)

7. 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 4 iyul 2010-cu il, 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 610)

8. 26 noyabr 2014-cü il tarixli 378 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418)

9. 15 fevral 2016-cı il tarixli 790 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 19 fevral 2016-cı il, 38; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, II kitab, maddə 254)

10. 14 noyabr 2016-cı il tarixli 1111 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 20 noyabr 2016-cı il, 257; Xalq qəzeti, 28 yanvar 2017-ci il, 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1818)

11. 11 iyun 2018-ci il tarixli 138 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 12 iyun 2018-ci il, 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1228)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 11 iyun 2018-ci il tarixli 138 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 12 iyun 2018-ci il, 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1228ilə 2-ci hissəsinin ikinci abzasına hissəsindəsözündən sonra , 10-1.1-ci maddəsinin birinci cümləsində, 10-1.2.4-cü, 10-1.3-cü, 10-1.3.2-ci, 10-1.4-cü maddəsinin birinci cümləsində, 10-1.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 10-1.6-cı (hər iki halda) və 10-1.7-ci maddələrində sözləri əlavə edilmişdir.

 

[2] 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 10, maddə 640) ilə 2-ci bəndin 4-cü abzasında Dövlət Əmlak Komitəsi sözləri İqtisadi İnkişaf Nazirliyi sözləri ilə əvəz edilmişdir.

6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 7, maddə 590) ilə 2-ci bəndin 4-cü abzasında İqtisadi İnkişaf Nazirliyi sözləri Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi sözləri ilə əvəz edilmişdir.

2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 4 iyul 2010-cu il, 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 610) ilə 2-ci bəndin dördüncü abzasından "və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri çıxarılmışdır.

21 dekabr 2001-ci il tarixli 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 755) ilə 2-ci bəndin 4-cü abzasında "Dövlət Torpaq" sözlərindən sonra "və Xəritəçəkmə" sözləri əlavə edilmişdir.

26 noyabr 2014-cü il tarixli 378 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418) ilə 2-ci hissənin dördüncü abzasına səlahiyyətlərini sözündən sonra sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla, sözləri əlavə edilmişdir və həmin abzasda keçirirlər sözü keçirir sözü ilə əvəz edilmişdir.

15 fevral 2016-cı il tarixli 790 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 19 fevral 2016-cı il, 38; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, II kitab, maddə 254ilə 2-ci hissəsinin dördüncü abzasındahissəsində sözü və altıncı hissələrində sözləri ilə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sözləri Əmlak Məsələləri Dövlət Komitəsi sözləri ilə əvəz edilmişdir.

14 noyabr 2016-cı il tarixli 1111 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 20 noyabr 2016-cı il, 257; Xalq qəzeti, 28 yanvar 2017-ci il, 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1818ilə 2-ci hissənin dördüncü abzas yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

həmin Qanunun 10-cu maddəsinin ikinci və altıncı hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı nın səlahiyyətlərini sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir;

 

[3] 23 noyabr 2007-ci il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 11, maddə 1110) ilə 2-ci bəndinin beşinci abzası çıxarılmışdır.

 

[4] 26 noyabr 2014-cü il tarixli 378 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418) ilə 2-ci hissənin beşinci abzasına dövlətə məxsus torpaqlara sözlərindən sonra(sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla)sözləri əlavə edilmişdir.

14 noyabr 2016-cı il tarixli 1111 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 20 noyabr 2016-cı il, 257; Xalq qəzeti, 28 yanvar 2017-ci il, 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1818ilə 2-ci hissənin beşinci abzasında qalan torpaqlara sözləri həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara sözləri ilə əvəz edilmişdir.

 

[5] 23 oktyabr 2003-cü il tarixli 972 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 577) ilə 2-ci bəndin altıncı abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini rayon (şəhər) icra hakimiyyəti orqanların həyata keçirir.

23 noyabr 2005-ci il tarixli 321 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 11, maddə 1016) ilə 2-ci bəndinə yeddinci abzas əlavə edilmişdir.

2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 4 iyul 2010-cu il, 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 610) ilə 2-ci bəndin beşinci və altıncı abzasları yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini özəlləşdirilən dövlət müəssisə və obyektlərin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti (dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin başqa hüquqi və fiziki şəxslərə icarəyə verilməsinə münasibətdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin razılığı ilə) orqanları həyata keçirir;

həmin qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

 

[6] 11 iyun 2018-ci il tarixli 138 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 12 iyun 2018-ci il, 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1228ilə 2-ci hissəsinin altıncı abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda yeddinci, səkkizinci və doqquzuncu abzaslar əlavə edilmişdir.