Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə
Xidmətin məzmunu Bu xidmət fiziki şəxsin vergi uçotuna alınmasını əhatə edir.
Xidmətin həyata keçirilmə formaları E-poçt vasitəsilə məlumatlandırma.
Poçt xidməti vasitəsilə məlumatlandırma.
Telefon vasitəsilə məlumatlandırma.
Veb sayt vasitəsilə məlumatlandırma.
Xidmətin göstərilmə yeri Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (Bakı şəhərində və ASAN xidmət mərkəzləri yerləşdiyi inzibati ərazi vahidlərində yerləşən xidmət mərkəzi istisna olmaqla), Naxçıvan Muxtar Respublikası DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, ASAN xidmət mərkəzləri
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar • "Fiziki şəxsin uçotu haqqında ərizə"
• Şəxsiyyəti təsdiq edən sənədin (AR vətəndaşları üçün - şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün - AR Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, qaçqın vəsiqəsi) surəti; 
• Ərizə səlahiyyətli nümayəndə tərəfindən təqdim edildikdə notariat qaydasında təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədin surəti
• 18 yaşına (16 yaşına çatmayanlara VÖEN verilmir) çatmamış şəxslər üçün ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi, valideynlərin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı, belə razılıq olmadıqda isə məhkəmənin qərarı
• "Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat" (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə)
• Torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və "Torpaq sahəsinin planı və ölçüsü"nün surəti (torpaq mülkiyyətçilərinə münasibətdə)
• Bələdiyyə orqanlarında uçota götürülməsi barədə onun başçısına və ailə üzvlərinə verilən vəsiqənin surəti (ailə kəndi təsərrüfatının başçısına münasibətdə)
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Xidmət istifadəçiləri xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edə bilər.
Müraciətlər qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə Fiziki şəxsin uçot məlumatları vergi ödəyicilərinin reyestrinə daxil edilir, ona 10 rəqəmli vergi ödəyicilərinin eyniləşmə nömrəsi (VÖEN) və Nəzarət kitabçası verilir.
İstifadəçi ərizəni elektron şəkildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının (e-taxes.gov.az) "Onlayn Kargüzarlıq və e-VHF" bölümü üzərindən təqdim edə bilər. Bu zaman ərizədə olan məlumatlar sistemə daxil edilib gücləndirilmiş elektron imzadan istifadə olunmaqla imzalandığı andan fiziki şəxsə vergi uçotuna götürülərək ona 10 rəqəmli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin və Nəzarət kitabçasının kağız daşıyıcılarda alınması üçün vergi ödəyicisinin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq yerli vergi orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir.
Xidmətin elektron ünvanı https://www.e-gov.az
https://www.e-taxes.gov.az
Video təlimat https://youtu.be/mMfOxs7bArg
Xidmətin məzmunu Bu xidmət vergi ödəyici olan fiziki şəxsin vergi uçotundan çıxarılmasını əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri, Naxçıvan Muxtar Respublikası DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər • "Fiziki şəxsin uçotdan çıxarılması haqqında ərizə" (fiziki şəxs ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda - məhkəmənin qərarı, fiziki şəxs vəfat etdikdə - ölüm haqqında şəhadətnamə)
• Vergi şəhadətnaməsinin əsli (vergi orqanından təhvil götürüldüyü halda) (vergi şəhadətnaməsi itmişdirsə - bu barədə yazılı məlumat (fiziki şəxs vəfat etdikdə, ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda - varisi olmadıqda və vergi şəhadətnaməsi tapılmadıqda təqdim edilməsi tələb edilmir) 
• Torpaq mülkiyyətçiləri özgəninkiləşdirildikdə - torpağa mülkiyyət hüququnun özgəninkiləşdirilməsini təsdiq edən sənəd, 
• Ailə kəndli təsərrüfatının statusu itirildikdə, ləğv edildikdə və ya ailə kəndli təsərrüfatının başçısı dəyişdikdə - bələdiyyə tərəfindən verilmiş müvafiq sənəd
• Zəruri hallarda vərəsəlik haqqında şəhadətnamə
Əlavə olaraq təqdim edilir (ərizə ilə birlikdə və ya ərizə verildikdən sonra):
• "Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunmasına dair ərizə" (ƏDV qeydiyyatında olduqda) və "Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi"nin əsli (vergi orqanından götürüldüyü halda) - "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında arayış" (təsərrüfat subyekti olduqda)
• "Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə" (NKA-sı olduqda) (POS-terminal olduqda  qeydiyyatdan çıxarılmaqla)
• Vergi ödəyicisinin aktiv bank hesablarının bağlanılmasına dair məlumat (ləğvetmə prosedurlarının yerinə yetirilməsi zamanı hesablaşmaların aparılması üçün istifadə olunacaq bank hesabları istisna olmaqla)
• Yekun bəyannamələr
• Təqdim edilməmiş bəyannamələr (mövcud olduqda)  
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür:
1. Fiziki şəxsin fəaliyyətinə xitam verildikdə;
2. Fiziki şəxs məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda;
3. Fiziki şəxs vəfat etdikdə.
İstifadəçi xidmətdən istifadə üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə, elektron formada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi Portalına (www.e-taxes.gov.az) müraciət edə bilər. Müraciətlər Azərbaycan respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət İcra Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Vergi uçotundan çıxarılma barədə müraciətlər edilən zaman vergi orqanı əməkdaşı müraciətin edilməsi tarixinə vergi ödəyicilərinin uçot məlumat bazasında vergi uçotundan çıxarılan şəxs barədə aşağıdakı halların mövcud olub-olmamasını yoxlayır:
1. Uçotdan çıxarılan vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatda olub-olmaması;
2. Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) vergi uçotunda olub-olmaması;
3. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) nəzarət-kassa aparatının qeydiyyatda olub-olmaması;
4. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) POS-terminalının qeydiyyatda olub-olmaması;
5. Vergi ödəyicisinin aktiv bank hesablarının olub-olmaması;
6. Vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun olub-olmaması;
7. Təqdim edilməmiş bəyannamələrin (hesabatların) olub-olmaması.
Qeyd edilən hallar aşkar edildikdə fiziki şəxsin uçotdan çıxarılması ilə əlaqədar müraciət edən şəxs (fiziki şəxsin səlahiyyətli nümayəndəsi, varisi və s.) aşağıdakı hərəkətlərin yerinə yetirilməsi zərurəti barədə məlumatlandırılır:
1. Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv edilməsi barədə ərizənin təqdim edilməsi;
2. Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektin) uçotdan çıxarılması barədə ərizənin təqdim edilməsi;
3. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) qeydiyyata alınmış NKA-nın qeydiyyatdan çıxarılması barədə ərizənin təqdim edilməsi;
4. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) olduğu yer üzrə qeydiyyata alınmış POS-terminalların qeydiyyatdan çıxarılması;
5. Vergi ödəyicisinin aktiv bank hesablarının bağlanılması;
6. Müraciətin edilməsi tarixinə, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi;
7. Təqdim edilməmiş bəyannamələrin (hesabatların) vergi orqanına təqdim edilməsi.
Vergi uçotundan çıxarılma barədə ərizəni qəbul edən vergi orqanı əməkdaşı müraciət edən şəxsə "Vergi ödəyicisinin vergi uçotunun ləğv edilməsinədək yerinə yetirilməli olan prosedurlar haqqında" bildirişi imzalayıb təqdim edir. Yuxarıda qeyd edilən hallar mövcud olduqda fiziki şəxs tərəfindən həmin hallar aradan qaldırıldıqdan sonra yenidən edilən müraciətə 15 gün müddətində baxılaraq fiziki şəxs vergi uçotundan çıxarılır. Fiziki şəxs vergi uçotundan çıxarıldıqda, ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir.
Xidmətin elektron ünvanı https://www.e-gov.az
https://www.e-taxes.gov.az
Xidmətin məzmunu Bu xidmət fiziki şəxsin uçot məlumatlarının dəyişdirilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin göstərilmə yeri Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri, Naxçıvan Muxtar Respublikası DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, ünvanlı xidmət zamanı
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar • "Fiziki şəxsin uçotu haqqında ərizə"
• "Fiziki şəxsin uçotu haqqında şəhadətnamə" (soyadı, adı dəyişdikdə və vergi orqanından təhvil götürüldüyü halda)
• Şəxsiyyəti təsdiq edən sənədin (AR vətəndaşları üçün - şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün - AR Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, qaçqın vəsiqəsi) surəti (dəyişiklik şəxsiyyəti təsdiq edən sənədlə əlaqədar olduqda)
• Torpağın mülkiyyət hüququnu təsdiq edən sənədin və "Torpaq sahəsinin planı və ölçüsü"nün surəti (yeni torpaq sahəsi əlavə edildikdə və ya uçota alınmış torpaq məlumatlarında dəyişiklik edildikdə)
• Torpaq mülkiyyətçilərinin ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surəti (ailə üzvləri dəyişdikdə)
• Ailə kəndli təsərrüfatı üzvlərinə bələdiyyə tərəfindən verilmiş vəsiqələrin surəti
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Vergi ödəyicisinin yaşadığı yer dəyişdikdə, uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. 
İstifadəçi xidmətdən istifadə üçün ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət İcra Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə fiziki şəxsin uçot məlumatları dəyişdirilir və ona bu barədə məlumat verilir. Fiziki şəxsin adı və ünvanı dəyişdikdə ona Şəhadətnamə verilir.
Elektron müraciət edən istifadəçilərin - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir. İstifadəçi tərəfindən ərizə göstəriciləri üzrə sistemə daxil edilmiş məlumatların düzgünlüyü yoxlanılır. İmtina üçün əsas olmadıqda fiziki şəxsin uçot məlumatları dəyişdirilir. Xidmətin yerinə yetirilməsi nəticəsində fiziki şəxsin uçot məlumatlarında ərizədə göstərilən dəyişikliklər edilir.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
Xidmətin elektron ünvanı https://www.e-gov.az
https://www.e-taxes.gov.az
Xidmətin məzmunu Bu xidmət fiziki şəxsin fəaliyyətinin bərpa edilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları E-poçt vasitəsilə məlumatlandırma.
Poçt xidməti vasitəsilə məlumatlandırma.
Telefon vasitəsilə məlumatlandırma.
Veb sayt vasitəsilə məlumatlandırma.
Xidmətin göstərilmə yeri Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə  xidmət mərkəzləri, Naxçıvan Muxtar Respublikası DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri 
İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az), DVX-nin Çağrı Mərkəzi (195-1)
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar • "Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında arayış"
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Xidmət istifadəçiləri xidmətdən istifadə etmək üçün sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların bərpası barədə arayış ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət İcra Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə fiziki şəxsin fəaliyyəti bərpa edilir və ona bu barədə məlumat verilir.
Elektron xidmətin istifadəçilərinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir. Göndərilən elektron ərizə onun "Göndərdiklərim" qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizənin icra vəziyyətini izləyə bilər. İmtinaya əsas olmadıqda fiziki şəxsin fəaliyyəti bərpa edilir və ona bu barədə bildiriş verilir.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
Xidmətin elektron ünvanı https://www.e-gov.az
https://www.e-taxes.gov.az
Video təlimat https://youtu.be/kvniIYW5518
Xidmətin məzmunu Bu xidmət vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Təsərrüfat subyektinin yerləşdiyi yer üzrə vergi ödəyicilərinə xidmət mərkəzləri, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, ünvanlı xidmət zamanı
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar • "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə"
• Təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin surəti (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericilikdə nəzərdə tutulmuş digər sənədin surəti (Vergi ödəyicisinin mülkiyyətində olan tikilidə, torpaq sahəsində və ya həyətyanı təsərrüfatda yerləşmiş (tikilmiş) obyektlər üzrə, əgər onların ayrıca texniki pasportu və ya digər sənədi yoxdursa, həmin tikilinin, torpaq sahəsinin və ya həyətyanı təsərrüfatın mülkiyyət hüququnu təsdiq edən sənədlər uçotun aparılması üçün əsas götürülür. Eynilə, texniki pasportu olmayan tikiliyə (obyektə) yerli icra hakimiyyəti, ərazi nümayəndəliyi və yaxud bələdiyyələr tərəfindən verilmiş ünvanı təsdiq edən sənədlər uçotun aparılması üçün əsas götürülə bilər) (Fiziki şəxsə ödənilən icarə haqqının ödəmə mənbəyində vergiyə cəlb edildiyi hallar istisna olmaqla, əmlak icarəyə götürməklə fəaliyyət göstərən vergi ödəyicisinin istifadə edəcəyi obyektin yerləşdiyi ünvan üzrə uçota alınması icarəyə verənin həmin obyektin yerləşdiyi ünvan üzrə vergi uçotunda olduğu halda həyata keçirilir)
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar İstifadəçi xidmətdən istifadə üçün ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edə bilər Müraciətlər Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət İcra Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə vergi ödəyicisinin təsərrüfat subyektinin uçot məlumatları vergi ödəyicilərinin reyestrinə daxil edilir, ona 15 rəqəmli kod və arayış verilir.
Elektron müraciət edən istifadəçilərin - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir. İstifadəçi tərəfindən ərizə göstəriciləri üzrə sistemə daxil edilmiş məlumatların düzgünlüyü yoxlanılır. İmtina üçün əsas olmadıqda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektnin) onlayn uçota alınması ilə bağlı ərizə qəbul olunur. Xidmətin yerinə yetirilməsi nəticəsində vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) vergi uçotuna alınır və bu barədə onun elektron ünvanına arayış göndərilir.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
Xidmətin elektron ünvanı https://www.e-gov.az
https://www.e-taxes.gov.az
Video təlimat https://youtu.be/hqhsb1pzN-g
Xidmətin məzmunu Bu xidmət vergi ödəyicisinin təsərrüfat subyektinin fəaliyyətinin müvəqqəti dayandırılmasını əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri, Naxçıvan Muxtar Respublikası DVX-nin struktur bölmələrinin Bəyannamələrin  yoxlanılması və uçotun təşkili bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, ünvanlı xidmət zamanı İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az), DVX-nin Çağrı Mərkəzi (195-1).
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar • "Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış"
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Xidmət istifadəçiləri xidmətdən istifadə etmək üçün sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların müvəqqəti dayandırılması barədə arayış ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə vergi ödəyicisinin təsərrüfat subyektinin fəaliyyəti arayışda göstərilən müddətə müvəqqəti dayandırılır və ona bu barədə məlumat verilir. 
Elektron xidmətin istifadəçilərinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir. Göndərilən elektron ərizə onun "Göndərdiklərim" qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizənin icra vəziyyətini izləyə bilər. İmtinaya əsas olmadıqda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyəti dayandırılır və ona bu barədə bildiriş verilir. 
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
Xidmətin elektron ünvanı https://www.e-gov.az
https://www.e-taxes.gov.az
Xidmətin məzmunu Bu xidmət vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin bərpa edilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə  xidmət mərkəzləri, Naxçıvan Muxtar Respublikası DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar • "Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında arayış"
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Xidmət istifadəçiləri xidmətdən istifadə etmək üçün sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların bərpası barədə arayış ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlaraşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə vergi ödəyicisinin təsərrüfat subyektinin fəaliyyəti bərpa edilir və ona bu barədə məlumat verilir.
Elektron xidmətin istifadəçilərinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir. Göndərilən elektron ərizə onun  "Göndərdiklərim" qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizənin icra vəziyyətini izləyə bilər. İmtinaya əsas olmadıqda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyəti bərpa edilir və ona bu barədə bildiriş verilir.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
Xidmətin elektron ünvanı https://www.e-gov.az
https://www.e-taxes.gov.az
Xidmətin məzmunu Bu xidmət nəzarət-kassa aparatının (NKA) qeydiyyata alınmasını əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Ərazi prinsipi nəzərə alınmaqla təsərrüfat subyektinin yerləşdiyi yer üzrə vergi ödəyicilərinə  xidmət mərkəzləri, Naxçıvan Muxtar Respublikası DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, ünvanlı xidmət zamanı.
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar • "Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə"
• Servis Texniki Xidmət Mərkəzinin (STXM) NKA-nın quraşdırılması barədə aktı
• NKA-nın fiskal yaddaşının göstəricisini əks etdirən çek
• NKA-da quraşdırılmış elektron məsafədən ötürmə qurğusu və ya elektron nəzarət lenti barədə STXM-in aktı (akta istifadədə olan NKA-nın fiskal yaddaşı dəyişdirildikdən və yeni fiskal yaddaşın hesabatı alındıqdan sonra nümunə kimi 10 qəpiyə qədər məbləğdə NKA-ya mədaxil edilmiş dövriyyə barədə "Z" hesabatının surəti əlavə olunmaqla)
• Vergi ödəyicisi ilə STXM arasında bağlanmış müqavilə PDF formatında (müqavilə əsasında ərizə STXM tərəfindən göndərildikdə) 

Qeyd: sənədlərin tarixləri ərizənin təqdim edildiyi gündən ən çoxu 2 iş günü əvvələ ola bilər.

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar İstifadəçi xidmətdən istifadə üçün şəxsən və ya poçt xidməti vasitəsilə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarına müraciət edə bilər. Müraciətlər Azərbaycan respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət İcra Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə NKA qeydiyyata alınır və vergi ödəyicisinə qeydiyyat vərəqəsi verilir.
İstifadəçilərin elektron xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. NKA-nın qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması ərizəsi İnternet Vergi idarəsi portalının "Onlayn Kargüzarlıq" bölümü üzərindən işlənilir. Bu məqsədlə "Yeni müraciət" düyməsi sıxılır və açılan pəncərədə
• "Kimə" siyahısından - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
• "Müraciətin növü" siyahısından - Ərizə
• "Sənədin növü" siyahısından - NKA-nın qeydiyyata alınması və NKA-nın qeydiyyatdan çıxarılması ərizələrindən biri seçilir və "Qəbul" düyməsi sıxılır.
Əgər NKA-nın qeydiyyata alınması ərizəsi seçilmişdirsə açılan ekranda əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:
• Obyekt kodu seçilir
• NKA-nın markası seçilir
• Zavod nömrəsi daxil edilir
• Sayğacın ilk göstəricisi daxil edilir
• Qeydiyyat tarixi daxil edilir
• STXM aktının tarixi daxil edilir
• Elektron qurğunun tipi seçilir (əgər quraşdırılıbsa)
• Elektron qurğunun nömrəsi daxil edilir (əgər quraşdırılıbsa)
• Fiskal yaddaşın göstəricisi daxil edilir
• Quraşdırılma aktının tarixi daxil edilir
• STXM-in NKA quraşdırma aktı elektron formada əlavə olunur
• NKA-nın Fiskal yaddaş çeki elektron formada əlavə olunur
• STXM-in EMQ quraşdırma aktı elektron formada əlavə olunur (əgər quraşdırılıbsa)
• STXM ilə müqavilə elektron formada əlavə olunur (ərizə STXM tərəfindən təqdim edildiyi təqdirdə)
Sonra daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir.
İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün "Qəbul" düyməsini sıxır. Əks halda, imtina etmək üçün "İmtina" düyməsi icra edilir. Təsdiqdən sonra vergi ödəyicisinin elektron ünvanına "NKA-nın qeydiyyata alınması" barədə Bildiriş göndərilir.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
Video təlimat https://youtu.be/tfC-Ix8Ty78
Xidmətin məzmunu Bu xidmət vergi orqanları tərəfindən vergi ödəyicilərinin nəzarət-kassa aparatlarının (NKA) qeydiyyatdan çıxarılmasını əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri, Naxçıvan Muxtar Respublikası DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar • "Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə"
• Servis Texniki Xidmət Mərkəzinin (STXM) plombun zədələnməməsi barədə aktı (fiskal yaddaşın göstəricisi əks etdirilməklə)
• EMQ-nin və ya ENL-nin işlək vəziyyətdə olmasını təsdiq edən akt
• NKA-nın fiskal yaddaşının göstəricisi əks olunmuş çek (baş vermiş yanğın nəticəsində NKA yanarsa bu halda vergi ödəyicisi tərəfindən ərizə ilə birlikdə yanğın mühafizə şöbəsinin (bölməsinin) və STXM-in NKA-nın fiskal yaddaşının çıxarılmasının mümkünsüzlüyü barədə arayışı, NKA oğurlanarsa, itirilərsə isə - ərizə ilə birlikdə müvafiq polis şöbəsinin(bölməsinin) arayışı vergi orqanına təqdim edilir)

Qeyd: sənədlərin tarixləri ərizənin təqdim edildiyi gündən ən çoxu 2 iş günü əvvələ ola bilər.

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar İstifadəçi xidmətdən istifadə üçün şəxsən və ya poçt xidməti vasitəsilə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarına müraciət edə bilər. Müraciətlər Azərbaycan respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlaraşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar
edilmədikdə, o cümlədən çatışmazlıqlararadan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə nəzarət-kassa aparatı qeydiyyatdan çıxarılır və vergi ödəyicisinə məlumat verilir.
İstifadəçilərin elektron xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Nəzarət kassa aparatının qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması ərizəsi İnternet Vergi idarəsi portalının "Onlayn Kargüzarlıq" bölümü üzərindən işlənilir. Bu məqsədlə "Yeni müraciət" düyməsi sıxılır və açılan pəncərədə
• "Kimə" siyahısından - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
• "Müraciətin növü" siyahısından - Ərizə
• "Sənədin növü" siyahısından - NKA-nın qeydiyyata alınması və NKA-nın qeydiyyatdan çıxarılması ərizələrindən biri seçilir və "Qəbul" düyməsi sıxılır.
Əgər NKA-nın qeydiyyata çıxarılması ərizəsi seçilmişdirsə açılan ekranda əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:
• Obyekt kodu seçilir
• NKA-nın markası seçilir
• Zavod nömrəsi daxil edilir
• Qeydiyyatdan çıxma tarixi daxil edilir
• STXM-in plombun zədələnməməsi aktı elektron formada əlavə olunur
• NKA-nın Fiskal yaddaş çeki elektron formada əlavə olunur
• STXM-in EMQ aktı elektron formada əlavə olunur (əgər quraşdırılıbsa)
Sonra daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir.
İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün "Qəbul" düyməsini sıxır. Əks halda, imtina etmək üçün "İmtina" düyməsi icra edilir. Təsdiqdən sonra vergi ödəyicisinin elektron ünvanına NKA-nın "Qeydiyyatdan çıxarılması" barədə Bildiriş göndərilir.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
Xidmətin məzmunu Bu xidmət nəzarət-kassa aparatının (NKA) qeydiyyat məlumatlarının dəyişdirilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar • Dəyişikliyi təsdiq edən sənədlər - sənədin surəti (elektron və ya kağız formada). 
və ya
• Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə - sənədin əsli.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar "Xidmət istifadəçiləri xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edə bilər. Müraciətlər qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə nəzarət-kassa aparatının qeydiyyat məlumatları dəyişdirilir.
Xidmətin məzmunu "Nəzarət kitabçası" itirildikdə və ya yararsız hala düşdükdə xidmət istifadəçilərinin müraciətləri əsasında yeni "Nəzarət kitabçası"nın verilməsinin təmin edilməsi (ilkin qeydiyyat/uçot zamanı "Nəzarət kitabçası" vergi uçotu sənədləri ilə birlikdə vergi ödəyicisinə təqdim edilir).
Xidmətin həyata keçirilmə formaları Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri, Naxçıvan Muxtar Respublikası DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar • Ərizə - sənədin əsli. 
• "Nəzarət kitabçası" (yararsız hala düşdükdə) - sənədin əsli.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar İstifadəçilər xidmət göstərilən qurumlara tələb edilən sənədlərlə birlikdə müraciət edir. Sənədlər xidmət göstərilən qurumlar tərəfindən qəbul edilir və araşdırılır. İstifadəçinin müraciəində və təqdim etdiyi ərizədə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edilmədikdə istifadəçinin ərizəsi (xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə sərbəst formada müraciət ərizəsi təqdim olunmur) qəbul edilir və 15 gün müddətində "Nəzarət kitabçası" hazırlanıb istifadəçiyi təqdim edilir. Sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildikdə, istifadəçi çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən müraciət edə bilər.
Xidmətin məzmunu Bu xidmət vergi ödəyicilərinə banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (ilkin qeydiyyat zamanı: Naxçıvan Muxtar Respublikası DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, Bakı şəhərinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVBİ və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri), Naxçıvan Muxtar Respublikası DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, ünvanlı xidmət
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər • "Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə"
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Dövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra istənilən vaxt, digər vergi ödəyiciləri isə uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra banklarda hesab açmaq üçün vergi orqanına ərizə verir. Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat verir. Vergi ödəyicisinə verilən şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir. Vergi orqanı şəhadətnamə-dublikatı vergi ödəyicisinə verdikdən sonra 1 gün müddətində bu barədə məlumatı elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə banklara göndərir.
Elektron müraciət edən istifadəçilərin - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir. Vergi ödəyicisinin ərizəsi bir neçə dəqiqə ərzində emal edilir və hesab açmaq üçün şəhadətnamə dublikat Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) iş rejimindən asılı olaraq ən geci 2 iş günü ərzində bank idarəsinə ötürülür. Vergi ödəyicisinin ekranına bank idarəsində hesab açmaq haqqında ərizəsinin qəbul edilməsi barədə bildiriş çıxarılır. Bildirişdə vergi ödəyicisinin hansı tarixdə bank idarəsinə müraciət etməli olduğu göstərilir və onu çap etmək olar. Əgər hesabın açıldığı bank idarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə elektron mübadiləyə qoşulmayıbsa vergi ödəyicisi vergi orqanından şəhadətnamə dublikatı kağız daşıyıcılarda götürərək bank idarəsinə təqdim etməlidir.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
Xidmətin elektron ünvanı https://e-taxes.gov.az
Video təlimat https://youtu.be/t8IvFmO9wiU
Xidmətin məzmunu Bu xidmət əlavə dəyər vergisi ödəyicisinin elektron vergi hesab-fakturasını tərtib etmək, ləğv etmək, dəqiqləşdirmək, əvəzləşdirilən vergi hesab-fakturaları barədə məlumatları sistemə daxil etmək kimi əməliyyatların həyata keçirməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Xidmətin göstərilmə yeri İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar • Gücləndirilmiş elektron imza
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Vergi ödəyicisi olan fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri, yaxud ödəniş sənədlərini təsdiq etməyə səlahiyyətli olan digər şəxs (şəxslər) onlara vergi orqanı tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə, yaxud gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinə (https://www.e-taxes.gov.az) daxil olaraq e-VHF altsistemini seçir, elektron vergi hesab-fakturanı hazırlayır və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edərək göndərir.
Elektron xidmətin göstərilməsi zamanı istifadəçiyə Elektron vergi hesab-fakturasının tərtibi iki rejimdə (onlayn və oflayn) təklif olunur.
Elektron vergi hesab-fakturası (e-VHF) altsistemi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı (https://www.e-taxes.gov.az) vasitəsilə elektron vergi hesab-fakturanı onlayn rejimdə tərtib etmək, ləğv etmək, dəqiqləşdirmək, əvəzləşdirilən VHF barədə məlumatları daxil etmək, gücləndirilmiş elektron imzadan istifadə etməklə paketləmə aparmadan onları qarşı tərəfə göndərmək və s. kimi əməliyyatları yerinə yetirir.
Elektron Faktura Tərtibatı (e-FP) vasitəsilə oflayn rejmdə hazırlanmış paket formada olan elektron VHF-ləri sistemə yükləmək və gücləndirilmiş elektron imzadan istifadə etməklə göndərmək imkanına da malikdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müəyyənləşdirilən, əlavə dəyər vergisi ödəyicisi olan və elektron sənəd mübadiləsi barədə müqaviləyə malik bütün vergi ödəyiciləri Faktura Tərtibatı Proqramına daxil olmaq üçün vergi ödəyicisinin istifadəçi kodu, parol və şifrəsi, yaxud gücləndirilmiş elektron imzası olmalıdır.
Xidmətin elektron ünvanı https://e-taxes.gov.az
Xidmətin məzmunu Bu xidmət vergi ödəyiciləri tərəfindən vergi və rüsumların müasir ödəniş mexanizmlərindən istifadə edilərək elektron formada ödənilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Xidmətin göstərilmə yeri İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar • DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar İstifadəçi ödəmə əməliyyatlarını internet vasitəsilə həyata keçirmək üçün aşağıdakı əməliyyatları yerinə yetirir: "Elektron hökumət" portalına və ya "İnternet Vergi İdarəsi" saytına (www.e-taxes.gov.az) daxil olur və "Giriş" düyməsini sıxır. Açılan pəncərədə İstifadəçi kodu, parol, şifri daxil edir (sistemə daxil olmaq üçün "e-İmza" kartından da istifadə etmək olar). Onlayn kargüzarlıq və e-VHF" bölməsini seçir. Sonra "Daxil ol" düyməsi sıxılır. İstifadəçi yeni açılmış pəncərədən "Onlayn Ödəmə" düyməsini seçir. Bu zaman sistem tərəfindən ekrana həmin tarixə onun büdcəyə olan borcu barədə məlumat çıxarılır. Təsnifat kodu siyahıdan seçilir. Növbəti xanaya ödəniləcək məbləğ daxil edilir və "Ödə" düyməsi sıxılır. Bu halda Mərkəzi Bankın KÖMİS-i mühitinə keçid alınır və yeni ekran açılır. Ödəniş kartının nömrəsinin ilk 6 rəqəmini yığaraq "Ödəmək" düyməsi vurulur.
Yeni ekranda isə aşağıdakı məlumatlar daxil edilir:
• Kartın nömrəsi xanasına ödəmə kartının növbəti nömrələri əlavə edilir (kartın nömrəsinin ilk 6 rəqəmi yuxarıdakı pəncərədə daxil edilmişdir)
• Kartın istifadə müddətinin bitmə tarixi (ay, il) müvafiq siyahılardan seçilir
• Kartın 3 rəqəmli CVV2/CVC2 kodu daxil edilir
• Kartın növü siyahıdan seçilir.
Əməliyyatı təsdiqləmək üçün "Təsdiq" düyməsi sıxılır. Daxil edilmiş məlumatlarda kənarlaşma olmadıqda "Ödəniş müvəffəqiyyətlə başa çatdı" xəbərdarlıq məlumatı verilir. Son mərhələdə ekrana aparılmış ödəniş üzrə mədaxil qəbzi çıxarılır. İstifadəçi qəbzi çap edə və yaxud elektron poçt ünvanına istiqamətləndirə bilər. Ödəniş bitdikdən, KÖMİS-in infrastrukturunda proses başa çatdıqdan sonra ödəyici avtomatik rejimdə yenidən "İnternet Vergi İdarəsi" portalına keçid alır. Aparılmış ödəniş üzrə Mədaxil qəbzi çıxarılır.
Xidmətin elektron ünvanı https://gpp.az
Video təlimat https://youtu.be/4XShjRbDLFY
Xidmətin məzmunu Bu xidmət istifadəçilərin müraciətləri əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisi və Dövlət Vergi Xidməti arasında elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parolu və şifrəsinin verilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin və Ərazi Vergilər İdarələrinin vergi ödəyicilərinə xidmət mərkəzlərinin, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin yerli vergi orqanlarının, Rayon Vergilər Şöbələrinin inzibati binaları;
• Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsinin, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin struktur bölmələrinin Bəyannamələrin qəbulu və uçotun təşkili bölmələrinin, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin, ASAN xidmət mərkəzlərinin yerləşdiyi inzibati binaları (ilkin qeydiyyat zamanı).
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar • Ərizə - sənədin əsli. 
• Elektron sənəd mübadiləsi haqqında Müqavilə - sənədin əsli.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar İstifadəçilər xidmət göstərilən qurumlara tələb edilən sənədlərlə birlikdə müraciət edir. Sənədlər xidmət göstərilən qurumlar tərəfindən qəbul edilir və araşdırılır. Sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edilmədikdə istifadəçi ilə müqavilə imzalanır və 2 gün müddətində istifadəçi kodu, parol və şifrə hazırlanır və istifadəçilərə "Elektron sənəd mübadiləsi haqqında Müqavilə" və qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrə təqdim olunur. Sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildikdə, istifadəçi çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən müraciət edə bilər.
Xidmətin məzmunu Bu xidmət istifadəçilərin müraciətləri əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisinə məxsus elektron sənəd mübadiləsi üçün istifadəçi kodu, parolu və şifrəsinin ləğv olunmasını əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin və Ərazi Vergilər İdarələrinin vergi ödəyicilərinə xidmət mərkəzlərinin, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin yerli vergi orqanlarının, Rayon Vergilər Şöbələrinin inzibati binaları.
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar • Ərizə - sənədin əsli.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar İstifadəçilər xidmət göstərilən qurumlara müraciət edir. Ərizə xidmət göstərilən qurumlar tərəfindən qəbul edilir və araşdırılır. İmtina üçün əsas olan çatışmazlıqlar aşkar edilmədikdə istifadəçinin ərizəsi qəbul edilir və 2 gün müddətində istifadəçi kodu, parol və şifrə ləğv edilərək ona "Elektron sənəd mübadiləsi üçün istifadəçi kodu, parol və şifrənin ləğv edilməsi haqqında" məlumat (bildiriş) təqdim edilir. Sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildikdə, istifadəçi çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən müraciət edə bilər.
Xidmətin məzmunu Bu xidmət istifadəçilərin müraciətləri əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisinə Dövlət Vergi Xidməti ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parolu və şifrəsinin yenidən verilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin və Ərazi Vergilər İdarələrinin vergi ödəyicilərinə xidmət mərkəzlərinin, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin yerli vergi orqanlarının, Rayon Vergilər Şöbələrinin inzibati binaları;
• Vergi ödəyicisinin hüquqi və ya faktiki ünvanında göstərilən ünvanlı xidmət zamanı.
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar • Ərizə - sənədin əsli.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar İstifadəçilər xidmət göstərilən qurumlara tələb edilən sənədlərlə birlikdə müraciət edir. Sənədlər xidmət göstərilən qurumlar tərəfindən qəbul edilir və araşdırılır. İstifadəçinin müraciəində və təqdim etdiyi ərizədə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edilmədikdə istifadəçinin ərizəsi qəbul edilir və 2 gün müddətində istifadəçi kodu, parol və şifrə yenidən hazırlanır və müqavilə ilə birlikdə istifadəçilərə qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün təqdim olunur. Sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildikdə, istifadəçi çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən müraciət edə bilər.
Xidmətin məzmunu Bu xidmət "ASAN imza" SİM-kart üzrə sertifikatların verilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Vergi ödəyicilərinə xidmət mərkəzlərinin, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin yerli vergi orqanlarının, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin və Ərazi Vergilər İdarələrinin, Rayon Vergilər Şöbələrinin və ASAN xidmət mərkəzlərinin inzibati binaları.
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar • Ərizə - sənədin əsli. 
• Şəxsiyyəti təsdiq edən sənəd - sənədin əsli. 
• Notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə) - sənədin əsli. 
• "e-təmsilçi" qismində tanınma barədə ərizə (xarici vətəndaş olan və şəxsiyyətini təsdiq edən sənədə (müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinə) malik olmayan şəxslər üçün) - sənədin əsli 
• ASAN imza SİM-kartı - sənədin əsli. 
• Notariat qaydasında və ya dövlət və ya yerli özünüidarəetmə orqanının, hüquqi şəxsin blankında möhürü ilə təsdiq edilmiş, onların, habelə fiziki şəxsin işçisinə verdiyi etibarnamə və ya Mərkəz tərəfindən müəyyən edilmiş forma üzrə verdiyi etibarnamə (dövlət və ya yerli özünüidarəetmə orqanının, hüquqi və fiziki şəxsin rəhbəri tərəfindən işçilərinə qulluq funksiyalarının icrasında elektron imzadan istifadə səlahiyyəti verildikdə) - sənədin əsli. 
• Notariat qaydasında və ya hüquqi şəxsin blankında hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş (xarici ölkədə təsdiq olunduqda leqallaşdırılmış) xarici vətəndaş olan fiziki şəxs və ya hüquqi şəxs tərəfindən "e-Təmsilçi"-yə səlahiyyətlərin verilməsi ilə bağlı verilən etibarnamə (xarici vətəndaş olan və şəxsiyyətini təsdiq edən sənədə (müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinə) malik olmayan şəxslər üçün) - sənədin əsli.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Xidmət istifadəçiləri xidmətdən istifadə etmək üçün kağız üzərində tərib edilmiş ərizə və qanunvercilikdə nəzərdə tutulmuş sənədlər ilə müraciət edə bilər. Müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə "ASAN imza" SİM-kart üzrə sertifikat verilir.
Xidmətin göstərilməsi üçün tələb edilən sənəd siyahısı normativ hüquqi aktlarda müəyyən edilməyib.
Xidmətin məzmunu Bu xidmət "Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə", "Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə", "Vergi ödəyicisinin fəaliyyəti barədə", "Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə", "Vergi ödəyicisinin dövriyyəsi barədə", "Vergi ödəyicisinin mükəlləfiyyətləri barədə", "Vergi ödəyicisinin ƏDV qeydiyyatı barədə", "Vergi ödəyicisinin fəaliyyət növü (növləri) barədə", "Vergi ödəyicisinin ödədiyi vergilər barədə", "Vergi ödəyicisinin işçinin olub-olmaması barədə", "Vergi ödəyicisinin vergi borcu barədə" və "Dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin) satınalması üzrə tender müsabiqələrində iştirak üçün vergi ödəyicisinə vergi borcu barədə" arayışların verilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri, Naxçıvan Muxtar Respublikası DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar • Ərizə - elektron formada (internet informasiya ehtiyatı vasitəsilə müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar İstifadəçi xidmətdən istifadə üçün kağız üzərində xidmətin göstərilmə yerinə, elektron formada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi Portalına (www.e-taxes.gov.az) müraciət edə bilər. Müraciətlər Azərbaycan respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət İcra Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların 15 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə arayış hazırlanaraq vergi ödəyicisinə təqdim edilir.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az/
Xidmətin məzmunu Bu xidmət vergi ödəyicilərinin Bəyannamə Tərtibatı Proqramından (BTP) istifadə etməklə bəyannamələrin, elektron formada tərtib edilərək və ya kağız daşıyıcıda vergi orqanına təqdim edilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri, Naxçıvan Muxtar Respublikası DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar • Vergi bəyannamələri - elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Xidmətin istifadəçilərinin Bəyannamə Tərtibatı Proqramı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə istifadəçi bəyannaməni elektron formada tərtib edir və sistemə daxil olduqda həmin bəyannaməni vergi orqanına təqdim etmək imkanı yaranır. İstifadəçi Bəyannamə Tərtibatı Proqramını (BTP) aşağıdakı elektron ünvandan kompyuterinə yükləyir:
https://www.e-taxes.gov.az/dispatcher?menu=ebyn&submenu=1&nav=ebyn
• Yüklənmiş BTP proqramı işə salınaraq "Fayl" sətrindən "Yeni" düyməsi sıxılır. Açılmış pəncərədən tərtib olunacaq bəyannamə, hesabat və ya arayış seçilir və "Qəbul" düyməsi sıxılır. Ekranda açılmış bəyannamə, hesabat və ya arayış formasına müvafiq məlumatlar daxil edilərək yenidən "Fayl" sətrindən "Qeyd et" düyməsi vasitəsi ilə açılmış bəyannamə, hesabat və ya arayış yaddaşa salınır
• Daha sonra BTP proqramının "Paketlə" sətrindən "Paketlə" düyməsi sıxılır
• Açılmış pəncərədən müvafiq bəyannamə, hesabat və ya arayışlar (bir vəya bir neçəsi) seçilərək "Bəyannaməni paketə əlavə et" düyməsi sıxılır
• Paket faylının adı daxil edildikdən sonra "Paketlə" düyməsi sıxılaraq paket faylı yaradılır
• Daha sonra İnternet Vergi idarəsi portalının E-bəyannamə, ƏDV-DH və ŞHV bölümü üzərindən açılan pəncərədən
• "e-Bəyannamə" siyahısından "Paket göndər" seçilir
• Açılan pəncərədən "Obzor" düyməsi vasitəsi ilə göndəriləcək paket seçilir və "Göndər" düyməsi sıxılır
• Yüklənmiş bəyannamə, hesabat və ya arayışların sistem tərəfindən avtomatik yoxlanılması üçün - "Yoxla" düyməsinə basılır. Yanıb-sönən mesaj düyməsi sıxılmaqla səhvin təfərrüatları ekrana çıxarılır. Aşkar edilmiş səhv aradan qaldırıldıqdan sonra proses yenidən həyata keçirilir
• Bəyannamədə səhv tapılmadıqda "Təsdiq et" düyməsi sıxılır
• Təsdiqdən sonra vergi bəyannaməsinin vergi orqanına göndərilməsi barədə ekrana "Bildiriş" çıxır. Çap düyməsi ilə "Bildiriş" çap edilir.
Bəyannamə sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi əks olunmuş bildiriş verilir. 
Vergi hesabatını vergi ödəyicisi, yaxud onun müəyyən edilmiş qaydada vəkil edilmiş nümayəndəsi imzalamalıdır. Qanunvericiliyə müvafiq olaraq vergi ödəyicisinin vergi hesabatının tərtib edilməsində müstəqil auditor iştirak edirsə o, vergi hesabatını imzalamalı, möhür vurmalı və öz vergi ödəyicisinin eyniləşdirmə nömrəsini göstərməlidir. Hesabatı bir nəfərdən çox tərtibatçı hazırlayırsa, onu ancaq baş tərtibatçı imzalayır.Vergi ödəyicisi vergi orqanına gələrək bəyannaməni qəbul edən kordinasiya şöbəsinə (bölməsinə) daxil olmalı, bəyannamələri qəbul edən müfəttişə yaxınlaşaraq bəyannaməsini təqdim etməlidir. Bəyannamə müvafiq qanunvericiliyin və ya qaydaların tələblərinə uyğun olduqda koordinasiya şöbə (bölmə) tərəfindən bəyannamə qeydiyyatdan keçirilir və bəyannamənin vergi orqanı tərəfindən qəbul edilməsi barədə qeydlər sətrində qəbul edildiyi tarix və qeydiyyat nömrəsi göstərilməlidir. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə qeydiyyatdan keçdikdən sonra, vergi ödəyicisi bəyannamənin sürətində onun daxil olma tarixini əks etdirən ştampın vurulmasını xahiş edərsə kordinasiya şöbəsinin (bölməsinin) müfəttişi bəyannamənin surətində onun daxil olma tarixini əks etdirən ştamp vurmalıdır. Vergi ödəyicisinin bəyannamənin tərtibi ilə bağlı sualı və ya düzgün dolurulması barədə əlavə izahat verilməsinə dair müraciəti olduqda o, Vergi ödəyicilərinə xidmət şöbəsinə göndərilir.
Bəyannamə vergi ödəyicisi tərəfindən poçtla göndərildikdə, bəyannamənin vergi orqanına təqdim edildiyi vaxt onun poçta (rabitə təşkilatına) təqdim edildiyi gün hesab edilir. Bəyannamənin alınması zamanı ona özündə müvafiq tarixi əks etdirən ştamp vurulduqdan sonra bəyannamənin vergi orqanı tərəfindən qəbul edilməsi barədə qeydlər sətrində qəbul edildiyi tarix və qeydiyyat nömrəsi göstərilir. Poçtla daxil olan bütün bəyannamələr həmin gün qeydiyyata alınmalıdır.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
https://www.e-gov.az
Xidmətin məzmunu Bu xidmət vergi ödəyicilərinin onlayn rejimdə sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına elektron formada və ya kağız daşıyıcıda təqdim edilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar • Sadələşdirilmiş Vergi Bəyannaməsi - elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə). 
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Xidmətin istifadəçilərinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə istifadəçi sistemə daxil olaraq onlayn rejimdə sadələşdirilmiş vergi bəyannaməsini elektron formada tərtib edir və həmin sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim edir. Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
Vergi ödəyicisinin Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi İnternet Vergi idarəsi portalının Ebəyannamə, ƏDV-DH və ŞHV bölümü üzərindən aparılır. Açılan pəncərədən:
• "e-Bəyannamə" siyahısından "Online sadələşdirilmiş bəyannamə" seçilir və bəyannamə forması açılır
• Açılmış online sadələşdirilmiş bərannamə formasına məlumatlar daxil edilir
• Məlumatlar daxil edildikdən sonra "Göndər" düyməsi sıxılaraq bəyannamə yüklənilir
• Yüklənmiş bəyannamələrin sistem tərəfindən avtomatik yoxlanılması üçün - "Yoxla" düyməsinə basılır
• Bəyannamədə səhv tapıldıqda bu barədə müvafiq mesaj çıxır. Yanıb-sönən mesaj düyməsi sıxılmaqla səhvin təfərrüatları ekrana çıxarılır. Aşkar edilmiş səhv aradan qaldırıldıqdan sonra proses davam etdirilir
• Bəyannamədə səhv tapılmadıqda "Təsdiq et" düyməsi sıxılır
• Təsdiqdən sonra Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına göndərilməsi barədə ekrana Bildiriş çıxır.
Çap düyməsi ilə Bildiriş çap edilir. Bəyannamə sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi əks olunmuş bildiriş verilir.
Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi vergi orqanına gələrək bəyannaməni qəbul edən kordinasiya şöbəsinə (bölməsinə) daxil olmalı, bəyannamələri qəbul edən müfəttişə yaxınlaşaraq bəyannaməsini təqdim etməlidir. Bəyannamə müvafiq qanunvericiliyin və ya qaydaların tələblərinə uyğun olduqda koordinasiya şöbə (bölmə) tərəfindən bəyannamə qeydiyyatdan keçirilir və bəyannamənin vergi orqanı tərəfindən qəbul edilməsi barədə qeydlər sətrində qəbul edildiyi tarix və qeydiyyat nömrəsi göstərilməlidir. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə qeydiyyatdan keçdikdən sonra, vergi ödəyicisi bəyannamənin sürətində onun daxil olma tarixini əks etdirən ştampın vurulmasını xahiş edərsə kordinasiya şöbəsinin (bölməsinin) müfəttişi bəyannamənin surətində onun daxil olma tarixini əks etdirən ştamp vurmalıdır. Vergi ödəyicisinin bəyannamənin tərtibi ilə bağlı sualı və ya düzgün dolurulması barədə əlavə izahat verilməsinə dair müraciəti olduqda o, Vergi ödəyicilərinə xidmət şöbəsinə göndərilir. Əgər bəyannamə vergi ödəyiciləri tərəfindən poçtla göndərilibsə, onda bəyannamənin alınması zamanı ona özündə müvafiq tarixi əks etdirən ştamp vurulduqdan sonra bəyannamənin vergi orqanı tərəfindən qəbul edilməsi barədə qeydlər sətrində qəbul edildiyi tarix və qeydiyyat nömrəsi göstərilir.
Bəyannamə vergi ödəyicisi tərəfindən poçtla göndərildikdə, bəyannamənin vergi orqanına təqdim edildiyi vaxt onun poçta (rabitə təşkilatına) təqdim edildiyi gün hesab edilir. Poçtla daxil olan bütün bəyannamələr həmin gün qeydiyyata alınmalıdır.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
https://www.e-gov.az
Xidmətin məzmunu Xidmətin həyata keçirilməsi nəticəsində vergi ödəyicisinin müraciətinə əsasən ona şəxsi hesab vərəqəsindən çıxarış təqdim olunur.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri, Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi öhdəliklərinin icrasına nəzarət strukturları, RVŞ-nin Hüquq və vergi öhdəliklərinin icrasına nəzarət strukturları, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, Bakı şəhərinin Milli Gəlirlər Baş İdarəsinin Sənədlərlə iş şöbəsi, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları  

 

Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar • Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar İstifadəçi xidmətdən istifadə üçün kağız üzərində xidmətin göstərilmə yerinə, elektron formada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi Portalına (www.e-taxes.gov.az) müraciət edə bilər. Müraciətlər Azərbaycan respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət İcra Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. İmtina halları aşkar edilmədikdə şəxsi hesab vərəqəsindən çıxarış vergi ödəyicisinə istəyindən asılı olaraq ya elekton ünvanına göndərilir, ya da şəxsən və ya poçt xidməti vasitəsilə təqdim edilir.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
https://www.e-gov.az
Xidmətin məzmunu Bu xidmət vergi ödəyicisinin əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata alınmasını əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə  xidmət mərkəzləri (ilkin qeydiyyat zamanı: Naxçıvan Muxtar Respublikası DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri), Naxçıvan Muxtar Respublikası DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, ünvanlı xidmət  
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar • "Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə"
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər (mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (mülkiyyətində və ya icarəsində olan, habelə məqsədli şəkildə ayrılan ərazidə (torpaq sahəsində) özünəməxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və yaxud müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) və idman mərc oyunlarının operatoru və satıcıları olan şəxslər istisna olmaqla) növbəti ayın birinci günündən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
İstifadəçi xidmətdən istifadə üçün ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edə bilər. Müraciətlər Azərbaycan respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət İcra Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə vergi ödəyicisi ƏDV məqsədləri üçün qeydiyyata alınaraq ƏDV ödəyicilərinin reyestrinə daxil edilir və vergi ödyicisinə ƏDV Bildirişi verilir.
Elektron müraciət edən istifadəçilərin - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir. Müraciət araşdırılır və imtinaya əsas olmadıqda ərizə qəbul edilir. Vergi ödəyicisinin elektron ünvanına Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizəsinin icraya qəbul edildiyi və ƏDV məqsədləri üçün Bildirişin vergi orqanından götürülməsi haqqında məlumat göndərilir. Əlavə dəyər vergisinin məqsədləri üçün Bildirişin kağız daşıyıcılarda alınması üçün vergi ödəyicisinin rəhbəri və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq yerli vergi orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
https://www.e-gov.az
Xidmətin məzmunu Bu xidmət vergi ödəyicilərinin bəyannamələrində dəqiqsizliklərin aradan qaldırılmasını əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri, Naxçıvan Muxtar Respublikası DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar • Vergi bəyannamələri - sənədin əsli. 
• Ərizə - sənədin əsli.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Vergi orqanına təqdim edilmiş vergi hesabatı aşağıda qeyd edilmiş hallarda qəbul edilmədikdə, hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklər aradan qaldırılaraq vergi orqanına təqdim edilməsi barədə bildiriş göndərilir:
1. Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə;
2. Vergi dövrü əks olunmadıqda;
3. Vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda;
4. Vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda.
5. Vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələlərinə uyğun olmadıqda.
Vergi ödəyiciləri bildirişi aldıqdan sonra müvafiq düzəlişləri edərək yenidən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə vergi ödəyicilərinin bəyannamələrində dəqiqsizliklər aradan qaldırılır və bu barədə onlara məlumat verilir.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
https://www.e-gov.az
Xidmətin məzmunu Bu xidmət istifadəçinin dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək bank hesablarının rekvizitləri üzrə axtarış sistemi vasitəsilə müvafiq məlumatları əldə etməsi proseslərini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri DVX-nin rəsmi internet saytı (www.taxes.gov.az)
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar • Sənəd tələb olunmur (DVX-nin www.taxes.gov.az internet səhifəsinin "E-xidmətlər" bölməsinin "Büdcə rekvizitləri barədə məlumatın verilməsi" altbölməsinə daxil olması)
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Xidmət istifadəçiləri xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edə bilər. Müraciətlər qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlaraşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlararadan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə istifadəçiyə dövlət xəzinədarlığı orqanlarında olan vergi və digər büdcə ödənişləri köçürüləcək bank hesabları barədə məlumat verilir.
Elektron müraciət edən istifadəçi "Dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək bank hesablarının rekvizitləri üzrə axtarış sistemi" üzrə öndə açılmış "Dövlət Xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək hesablar" adlı ekranda "VÖEN" qrafasına vergi ödəyicisinin VÖEN-ni daxil etməklə, "Yoxla" düyməsi vasitəsilə avtomatik olaraq həmin vergi ödəyicisinin dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək bank hesabları barədə müvafiq informasiya əldə edir.
Xidmətin elektron ünvanı https://www.taxes.gov.az/az/page/budce-rekvizitleri-barede-melumatin-verilmesi